Haqqımızda

ƏZİZ VALIDEYNLƏR, UŞAQLARINIZI WONDERLAND-Ə GÖNDƏRİN VƏ İSTİRAHƏTİNİZ ÜÇÜN VAXT AYIRIN!

Həyatımızın ən dəyərli neməti balalarımızdır. Onların cingiltili gülüşlərini və təbəssümlü simalarını görmək əsl xoşbəxtlikdir. Körpələr sevinc dolu anlar yaşayanda, bizə sanki dünyalar bəxş edilir. Xoşbəxt uşaqlıq həyatı sürmək üçün biz böyüklər əllərimizdən gələni etməyə hazırıq. Yelləncəklər, sürüşmələr onları sevindirsə də, artıq uşaqlarımızla adi əyləncə sevimli qarşılanır, amma super qəhrəmanlar diyarına səyahət edib, sevimli personajlarla görüşüb, onlarla birgə oyunda yarışmaq hər bir balacanın arzusudur! Wonderland komandası uşağınızın özlərini super qəhrəman kimi hiss etməsi üçün nə edəcəyini yaxşı bilir. Wonderland uşaq kompleksi balaca oğlan və qızların özlərini güclü və super bacarığa malik qəhrəmanlara çevrilməsinə şərait yaradan qeyri-adi meydançadır. Uşaqlarınızda bu bacarığı görmək üçün sizi Wonderland kompleksinə gəlib, onun imkanları ilə tanış olmağa dəvət edirik. Burada uşaqlar əyləncə dolu oyunlar aləminə qərq olunur, daimi hərəkətdə olaraq, enerjilərini fayda ilə sərf edirlər, bu da onların sağlamlığına və yuxuya rahat getməklərinə köməkdir. Wonderland oyun kompleksi uşaqlara sevinclə yanaşı hərtərəfli inkişaf bəxş edən məkandır.

YARDIMLAŞMA

Burada onlar yardımlaşmanı öyrənirlər

ÜNSİYYƏT

Uşaqların bir-birləri ilə ünsiyyət qurma bacarığı burada inkişaf edir

İNKİŞAF

Burada uşaqlarınız həm zehni, həm də fiziki olaraq inkişaf edirlər

XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLASINIZ:

  • MƏRKƏZİN İŞ SAATI 10:00-dan 22:00-dək.
  • 1,5 YAŞDAN– 3 YAŞA QƏDƏR OLAN UŞAQLARIN ÖDƏNİŞİ 10 AZN (BALACALAR ÜÇÜN OYUN ZONASI)
  • 3 YAŞDAN 12 YAŞA QƏDƏR OLAN UŞAQLARIN ÖDƏNIŞI İSƏ 17 AZN (ÜMÜMİ OYUN ZONASI)
  • UŞAQLARIN ƏYLƏNCƏ SAHƏSINƏ XÜSUSI QOLBAQSIZ GİRİŞİ QADAĞANDIR.
  • ƏGƏR HƏR HANSISA BİR SƏBƏBDƏN QOLBAĞI GERİ QAYTARMAQ İSTƏSƏNİZ, BU YALNIZ QOLBAQ ALINDIQDAN SONRA 15 DƏQİQƏ ƏRZİNDƏ KEÇƏRLİDİR.
  • BAZAR ERTƏSİ – CÜMƏ AXŞAMI GÜNLƏRİ EYNİ VAXTDA 2 VƏ DAHA ÇOX GƏLƏN UŞAQLARA ENDRİM.
  • ƏYLƏNCƏ MƏRKƏZİNDƏ 3 YAŞINDAN YUXARI OLAN UŞAQLARI SAXLAYA BİLƏRSİNİZ. UŞAĞI VƏ YA UŞAQLARI QOYUB GETDİKDƏ MÜVAFİQ MƏSULİYYƏT FORMASI DOLDURULMALIDIR.

DİQQƏT! UŞAQLARINIZIN VƏ ÖZ TƏHLÜKƏSİZLİYİNİZ ÜÇÜN XAHİŞ EDİRİK AŞAĞIDAKI QAYDALARA RİAYƏT EDƏSİNİZ:

  • 1,5 YAŞDAN– 3 YAŞADƏK KÖRPƏLƏRƏ VALİDEYNİ TƏRƏFİNDƏN NƏZARƏT MÜTLƏQDİR.
  • ZALDAKI ANİMATORLAR (NƏZARƏTÇİLƏR) MƏRKƏZDƏ OLAN UŞAQLARA ÜMUMİ NƏZARƏT EDİR.
  • ƏYLƏNCƏ ZONASINA QİDA,İÇKİ VƏ SAQQIZİLƏ GİRMƏK QADAĞANDIR.
  • ƏYLƏNCƏ ZONASINA AYAQQABI ILƏ KEÇMƏK QADAĞANDIR !
  • ƏYLƏNCƏ SAHƏSİNƏ DAXİL OLAN UŞAQLARIN AYAĞINDA CORAB OLMALIDIR ( XÜSUSİ QEYD: VALİDEYİNLƏR CORAB VƏ YA BAXİLDƏN MÜTLƏQ İSTİFADƏ ETMƏLİDİRLƏR).
  • UŞAĞA ZƏRƏR VERƏ BİLƏCƏK ƏŞYALARIN ƏYLƏNCƏ ZONASINA KEÇİRİLMƏSİ QADAĞANDIR.
  • ƏYLƏNCƏ MƏRKƏZİ UŞAQLARI İNDİVİDUAL NƏZARƏT İLƏ TƏMİN ETMİR. WONDERLAND ƏYLƏNCƏ MƏRKƏZİNDƏ HƏR HANSI BİR TEXNİKİ SƏBƏBDƏN İRƏLİ GƏLMƏYƏN İNSİDENT BAŞ VERƏRSƏ, WONDERLAND ƏYLƏNCƏ MƏRKƏZİ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR!
Facebook
Facebook
Instagram